Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Heydər Əliyev “İslam Həmrəyliyi” ideologiyasının banisidir” mövzusunda tədbir

16 sentyabr 2017 | 16:00

Heydər Əliyev mərkəzində “Heydər Əliyev “İslam Həmrəyliyi” ideologiyasının banisidir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, “İslam Həmrəyliyi ili” çərçivəsində bu il rayonda məzmunca zəngin, formaca müxtəlif tədbirlər keçirilib. Bu tədbirlər demək olar ki, bütün əhali qruplarını əhatə edib. İsmayıllı müxtəlif millətlərə, milli azlıqlara, dinlərə, dillərə mənsub sakinlərin tolerant şəraitdə yaşamağı ilə fərqlənən bir bölgədir. Milli, mənəvi, dini, mədəni dəyərlər burada yüksək səviyyədə qorunur. Akademik, Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi himayəçilər şurasının sədri Kamal Abdullayevin rayonumuza səfəri, “Heydər Əliyev və İslam Həmrəyliyi ideologiyasının banisidir” mövzusunda mühazirə oxuması çox dəyərli, bəyənilən, təqdir olunan bir dərsdir.
Pedaqoji işçilərin, təhsil veteranlarının, yuxarı sinif şagirdlərinin toplaşdığı konfrans zalında akademik Kamal Abdullayev qeyd olunan mövzuda mühazirə deyib. O ilk növbədə Azərbaycan xalqı və dövlətimiz qarşısında Heydər Əliyevin göstərdiyi tarixi xidmətlərdən, müstəqilliyimizin əbədiliyi üçün qlobal düşüncə əsasında gördüyü işlərdən, xilaskarlıq missiyasını dəyanətlə həyata keçirdiyindən danışıb. Qeyd edib ki, bu gün dövlət siyasəti səviyyəsində olan multikulturalizm və tolerantlıq, İslam Həmrəyliyi ideologiyası ümummilli liderimizin təfəkkürünün, ideyalarının məhsuludur.
Akademik daha sonra deyib ki, bu gün Azərbaycan Şərq dünyasından fərqli olaraq əmin-aman bir ölkədirsə, bütün fəaliyyət sahəsində, xüsusilə xarici siyasətdə ordu quruculuğunda, təhsildə ən yüksək uğurlar qazanırsa, bu, dövlətimizin, Prezidentimiz İlham Əliyevin qüdrətinin nümayişidir.
Əməkdar müəllim Şəfaqət Rəsulov, regional multikulturalizm mərkəzinin direktoru Sevinc Novruzova və başqaları çıxış ediblər.
Mirdaməd Sadıqovun təklifi ilə Kamal Abdullayev qərara alıb ki, Dillər Universitetinin İsmayıllıda Konsultativ mərkəzinin yaradılması imkanlarına baxılsın.

Keçidlər