Beynəlxalq esse müsabiqəsinin qalibləri İsmayıllıda
18 sentyabr 2017 | 16:00
18 senytabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İslam Həmrəyliyi İli çərçivəsində islam ölkələri gənclərlərinin arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərinin İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfərləri oldu. Səfər çərçivəsində gənclər Lahıcın tarixi və memarlıq abidələri ilə yaxından tanış oldular. Lahıc memarlığı turistlərin diqqətini xüsusilə cəlb etdi.