Taxılçılıq təsərrüfatında müasir suvarma sisteminin tətbiqi
06 iyun 2013-cü il tarixdə Kürdmaşı kəndində yaradılmış taxılçılıq təsərrüfatında müasir suvarma sisteminin təbliği ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə RİH başçısının müavini - aqrar məsələlər şöbəsinin müdiri H.Həsənov açaraq görülmüş işlər haqqında məlumat verdi. Təsərrüfatda görülmüş işlər, tətbiq olunmuş suvarma qurğusunun səmərəliliyi və gözlənilən nəticələr barəsində aqronom Ramazan Karaşahin ətraflı izahat verdi. Tədbirdə Rayon Suvarma Sistemləri idarəsinin mütəxəssisləri, Bitki Mühafizəsi Mərkəzinin, Aqrokimya Laboratoriyasının, Toxumçuluq Müfəttişliyinin rəisləri, ətraf kəndlərdən olan fermer və iri taxılçılıq təsərrüfatlarının rəhbərləri iştirak edirdi. Qurulmuş Pilot suvarma sistemi ərazidə avtomat yağışyağdırma üsulu ilə 96 ha qarğıdalı ərazisini suvarır. Qurğu vastəsi ilə sahələrə xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, eləcə də yemləmə gübrəsinin verilməsi mümkündür. Layihənin tətbiqi vahid sahədən 2-3 dəfə çox məhsul əldə olunmasına şərait yaradır. Odur ki, layihənin rayonun bir neçə kəndində tətbiqi daha yaxşı nəticə verəcək. Açıq havada gedən seminar-müşavirənin yekununda Ramazan Karaşahin mütəxəssislərin və fermerlərin çoxsaylı suallarına cavab verdi.