Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Dövlət Müstəqilliyi Gününə həsr olunmuş velosiped yarışı

16 oktyabr 2017 | 16:00

Azərbaycan Velosiped İdmanı Federasiyasının, İsmayıllı Rayon Gənclər vəİdman İdarəsinin və “Çempion” velosiped mağazasının birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə əyləncəli velosiped yarışı keçirilib. Yarışda 53 nəfər yeniyetmə və gənc velosipedçi iştirak edib.
Tədbiri RGİİ-nin rəisi Taleh Salehov açaraq bildirib ki, Dövlət müstəqilliyinin 26-cı ildönümünə maraqlı və məzmunlu tədbirlər həyata keçirilir. Könüllü gənclərin – həvəskar velosipedçilərinin daha fəal iştirakı tədbirlərin əhatə dairəsini daha da genişləndirir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, fəal velosipedçi, “Çempion” mağazasının nümayəndəsi Əli İmamverdiyev çıxış edərək velosiped idmanına diqqətin artdığını, onun inkişafı üçün lazımi şərait yaradıldığını deyiblər.
İlk dəfə olmasına baxmayaraq, çox da maraqlı keçən əyləncəli velosiped yarışının sonunda  qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyası ilə Rayon Gənclər və İdman İdarəsinin medal və diplomları, “Çempion” mağazasının hədiyyələri verilib.

Keçidlər