Şriftin ölçüsü :

Saytın rəngi :

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun təbliği barədə

08 iyun 2013 | 15:00

07 iyun 2013-cü il tarixdə Təzəkənd kəndinin orta məktəb binasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun təbliği ilə əlaqədar tədbir keçirildi.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini  M. Süleymanov açaraq daşınmaz əmlakın icbari sığortası barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, daşınmaz əmlakın icbari sığortası yanğın və ya digər hadisələr nəticəsində əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Mülkiyyətində hər hansı daşınmaz əmlak olan şəxslər Qanunun tələblərinə uyğun olaraq əmlakı sığorta etdirməlidirlər.
“Azərsığorta“ Şirkəti İsmayıllı Rayon Filialının baş mütəxəssisi Nahid Şərifov Qanunun ayrı-ayrı maddələri barədə tədbir iştirakçılarına məlumat verdi. Tədbir ərzində iştirakçıların çoxsaylı suallarına dolğun və ətraflı cavab verildi və onları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Keçidlər