Heydər Əliyev İdarəetmə məktəbinin növbəti məşğələsi keçirilib.
17 oktyabr 2017-ci il tarixdə İsmayıllıda Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi keçirilib. Müstəqilliyimizin 26-cı ildönümü münasibətilə keçirilən məşğələ “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusuna həsr olunub.
Rayon ziyalılarının, müəllimlərin, ağsaqqalların, gənclərin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi məşğələni məktəbin icraçı direktoru Fərman Bəşirov açıb.
Əvvəlcə müstəqilliyimizə həsr olunmuş film nümayiş etdirilib.
RİH başçısının birinci müavini Rövşən Ağayev geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında Əməkdar müəllim Ramiz Baloğlanovun, rayon veteranlar şurasının sədri Əlaləm Babayevin, şəhər 1 saylı tam orta məktəbin müəllimi Təranə Məmmədovanın çıxışları dinlənilib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı ,Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz xarakter daşıdığını, milli azadlığımıza qəsd olunmasına heç vaxt yol verilməyəcəyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin yaratdığı əsaslar üzərində Azərbaycanı regionda aparıcı dövlətə çevirdiyini, beynəlxalq miqyasda söz sahibi etdiyini məşğələ dinləyicilərinin diqqətinə çatdırıb.