Şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
“Beyləqan Gənclərinin Maarifləndirməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə “Aprel döyüşləri şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yeniyetmə və gənclər arasında tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Belə bir tədbir 20 oktyabr 2017-ci il tarixdə İctimai Birliyin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda reallaşıb. Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Vahabzadə Mikayıl Yaqub oğlunun xatirəsinə həsr olunmuş “Aprel döyüşləri qələbələrimizin carçısı və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin, Gİİ-nin, QMƏVŞAİB-nin, Çernobıl Əlilləri İttifaqı rayon şöbəsinin, SHXÇDX-nin, "İsmayıllı xəbərləri” qəzetinin nümayəndələri və məsul işçiləri iştirak edib.
Əvvəlcə kənd sakinlərinin, şəhidin valideyinlərinin,yaxın qohumlarının, məktəb şagirdlərinin iştirakı ilə ölməz qəhrəmanın məzarı ziyarət olunub,xatirə mitinqi keçirilib, məzarın önünə tər çiçək dəstələri düzülüb.
Tədbir qəhrəman eloğlumuzun təhsil aldığı Tircan kənd tam orta məktəbində davam etdirilib. Aprel şəhidi Mikayıl Vahabzadəyə həsr olunmuş filim nümayiş etdirilib, məktəbdə onun xatirəsini əbədiləşdirən guşəyə baxılıb. Sonra məktəblilərin hazırladığı kompozisiyaya tamaşa edilib.
Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İB-nin sədri Zaur Quliyev, RİH-nin məsulişçisi Murad Məhərrəmov, RGİİ-nin rəisi Taleh Salehov, QMƏVŞAİB-nin sədri Vidadi Zərbiyev,Çernobıl Əlilləri İttifaqı rayon şöbəsinin sədri Məleykə Lətifova,Qarabağ döyüşçüsü Məmmədhəsən Həsənov, məktəbin direktoru İlqar Gərayev, tarix müəllimi Gülyanaq Əliyeva, kənd sakinlərindən bir qrupu çıxış edərək Mikayılın qəhrəmanlığı haqqında danışıb, onun əbədiyaşar olduğunu,şəhidlik zirvəsinə yüksəldiyini qeyd ediblər.
Bütün şəhidlərə Allahdanrəhmət dilənib və qeyd olunub ki, ölkə Prezidenti,Ali Baş komandan cənab İlham Əliyevin,qüdrətli Azərbaycan Ordusununiradəsi və gücü ilə işğal olunmuş torpaqlarımız tezliklə yağı düşməndən geri alınacaq,Vətənimizin bütövlüyü təmin olunacaqdır.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.