Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonu Quşencə kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirildi.

24 oktyabr 2017 | 16:00

24 oktyabr 2017-ci il tarixdə Quşencə kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarın keçirildi.
      Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, Quşencə kənd orta məktəbinin  yuxarı sinif şagirdlərindən ibarət 85 nəfər iştirak etdi.
       Rayon İcra Hakimiyyətinin məsul işçisi  Şahin Hüseynov çıxış edərək ölkəmizdə həyata keçirilən sığorta siyasətindən, eləcə də rayonumuzda əhalinin sığortaya cəlb olunması ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələrdən danışdı.
         Sonra İsmayıllı Sığorta Agentliyinin  nümayəndəsi Nahid Şərifov Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə əlaqədar mövcud qaydalardan, normativ-hüquqi aktlardan, bu sahədə olan yeniliklərdən ətraflı danışdı və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verdi.
          İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırıldı.

Keçidlər