Səmərəli əməkdaşlıq üçün görüş
Qeyri hökumət təşkilatları, ictimai birliklər və həmkarlar təşkilatları sədrlərini rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi 8 iyun 2013-cü il tarixdə bir araya gətirdi. Təhsil şöbəsinin iclas zalında onlarla görüş-dəyirmi stol arxasında söhbət keçirildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbənin müdiri Sevil Əhmədova ilk belə tədbirə toplandıqları üçün iştirakçılara təşəkkürünü bildirdi. Nitqinin davamında rayonda gedən geniş miqyaslı quruculuq, tikinti və abadlıq işlərindən, sosial həyata yönəlik layihələrdən, ictimai-siyasi mühitin daha da yaxşılaşdırılması üçün reallaşan tədbirlərdən ətraflı danışdı. Sevil Əhmədova qeyd etdi ki, QHT-lər rayonda azlıq təşkil edir, fəallıqları da hiss olunmur. Bu onun nəticəsidir ki, uzun müddət bu tipli təşkilatlar icra strukturlarında lazımi səviyyədə qanuni dəstək görməyiblər. İndi isə hər bir kəsin, hər bir qurumun təşəbbüsünə, təklifinə həssaslıqla yanaşılır və səmərəliləri icra üçün qəbul olunur.
QHT sədrləri Qüdrət Kazımov, Firdovsi Cavadov, Şirinbəyim Atayeva, Eldar Əliyev, ictimai birlik sədrləri Vidadi Zərbiyev və Məleykə Lətifova, həmkarlar təşkilatı rayon komitələri sədrləri Hafiz Kərimov, Yusif Kamilov, Zahid Əkbərov, Bəsti Dadaşova, Lətif Quliyev və başqaları çıxış edib işlə əlaqədar maraqlı təkliflər verdilər.
Çox səmimi və işgüzar formada keçirilən görüşə əsaslanan QHT sədri Firdovsi Cavadov rayonda QHT klubunun yaradılmasını təklif etdi. Aqrar sahə həmkarlar ittifaqı rayon komitəsinin sədri Ədalət Məmmədov qeyd etdi ki, əməyin mühafizəsi lazımi səviyyədə deyil. RİH başçısının müavini Sevil Əhmədova görüş- dəyirmi stol arxasında söhbətə yekun vurdu, qarşıdakı vəzifələrdən danışdı.