Şriftin ölçüsü :

Saytın rəngi :

Layihə qalibi olan ictimai Birlik İsmayıllıda

07 oktyabr 2017 | 16:00

“Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2-ci qrant müsabiqəsində “Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması adlı layihə ilə iştirak edərək qalib olub.
           Oktyabrın 7-də qalib ictimai təşkilatın bir qrup rayon ictimaiyyəti nümayəndələri ilə görüşü və maarifləndirici tədbiri keçirib.
             Rayon uşaq kitabxanasında reallaşan tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini Murad Məhərrəmov açıb, rayon rəhbərliyi adından qonaqları salmlayıb.Tədbirin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, hazırda Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında  beynəlxalq hüquqa zidd və qanunsuz fəaliyyət göstərir. Bu günkü tədbirin mahiyyəti də bunları sizə izah etməkdən ibarət olacaqdır.
              “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin prezidenti, professor Rüstəm Məmmədov geniş məruzə ilə çıxış edərək işğalçı və cinayətkar dövlətin beynəlxalq hüquqa zidd və qeyri-qanuni fəaliyyəti barədə tədbirə toplaşanlara ətraflı məlumat verib. Bu haqda kitab yazdığını diqqətə çatdırıb.
              İctimai birliyin üzvü,hüquqşünas Xətai Abbasov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin talan olunması,mədəni və tarixi abidələrin dağıdılması, toponimlərin dəyişdirilməsi və s. kimi hallar baş verir. Buna isə beynəlxalq təşkilatlar göz yumur.
             Qaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev erməni vəhşilikləri və talançılığı barədə danışıb.
Sonda professor Rüstəm Məmmədov və elmlər namizədi Xaqani Məmmədovun müəllifliyi ilə nəşr olunmuş “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” kitabının təqdimatı olub. Tədbirə toplaşanlara, rayon və məktəb kitabxanalarına yeni nəşr paylanılıb.

Keçidlər