İsveçrə səfiri İsmayıllıda
31 oktyabr 2017 | 16:00
Oktyabrın 31-də İsveçrənin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Filipp Ştalder İsmayıllı rayonunda səfərdə olub.
Səfir rayon icra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov tərəfindən qarşılanıb və ona rayonun sosial-iqtisadi inkişafı və aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Rəsmi qarşılanmadan sonra səfir rayonun bir sıra istehsal müəssisələri ilə tanış olub. Tikiş fabriki, “Xoşbəxt xalça”MMC, yeni tikilən xalça fabriki, “İSMA-Bikes” velosiped zavodu, Şato-Monolit sənaye və turizm kompleksi ilə tanışlıq rayonun bu günü və gələcək potensialı haqqında qonaqda zəngin təəssürat yaradıb.