İstisuda qəbul
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti qəbul-görüşü 8 iyun 2013-cü il tarixdə İstisu kəndində keçirdi.
Başlanğıcda Mirdaməd müəllim kəndin problemlərindən danışaraq bildirdi ki, İsmayıllıda yaşayış məntəqələrinin cəmi 28 faizi qazlaşdırılıb. O cümlədən İstisu kəndinə də qaz verilməyib. Elektirik dirəklərinin nasazlığı üzündən enerji təchizatında fasilələr yaranır. İcra nümayəndəliyi üçün yeni binaya ehtiyac var. Pay torpaqlarının kütləvi surətdə satılması kəndin gələcək inkişafı üçün problemlər yaradır.
Çatışmazlıqları qeyd edən RİH başçısı Mirdaməd Sadıqov dedi ki, problemlər mənə yaxşı tanışdır, onların aradan qaldırılması yollarını da mən yaxşı bilirəm. Tədricən hər şey əsaslı surətdə düzəlməyə gedir.