Şriftin ölçüsü :

Saytın rəngi :

“Dəyirmi masa” keçirilib

03 noyabr 2017 | 16:00

03 noyabr 2017-ci il tarixdə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək bazarının social-iqtisadi inkişafı templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexaniziminin müasir səviyyədə qurulması” mövzusunada rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, Həmkarlar təşkilatlarının nümayəndələrinin, Yerli Əlaqələndirmə Komitəsi üzvlərinin və sahibkarların iştirakı ilə “Dəyirmi masa” keçirilib.
       Tədbiri giriş sözü ilə Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov  açıb. O qeyd edib ki, əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi və üzlaşdırılmasıdır.
        Sonra Mərkəzin aparıcı məsləhətçisi Qadir Abduləzizov “Əmək bazarının social-iqtisadi inkişafı templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexaniziminin müasir səviyyədə qurulması” mövzusunada çıxış edib.
        O, qeyd edib ki, 10 ay ərzində 1206  nəfər vətəndaş  rayon  Məşğulluq   Mərkəzinə  müraciət edib, onlardan 1157 nəfəri işaxtaran  kimi  rəsmi qeydiyyata  götürülüb. Aktiv  məşğulluq  tədbirlərinin  uğurla  davam  etdirilməsinin  nəticəsində  rayon  Məşğulluq  Mərkəzi  tərəfindən  2017-ci ilin  10 ayı  ərzində 528 nəfər  işlə  təmin  edilib. İşlə  təmin  olunanların 192 nəfəri  gənc, 78 nəfəri  qadın, 9 nəfəri isə qaçqın və  məcburi  köçkünlərdən ibarət olub.
       Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılıb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov, Sahibkar  “Xosbəxt-X”  Kiçik Müəssisənin sahibi Ruhiyyə Süleymanova, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və Azərbaycan Sahibkarlıq, özəl, Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin Sədri Vaqif  Rəhimov çıxış edərək mövzu ətrafında öz təkliflərini söyləyiblər. Rayon İcra Hakimiyyətinin nümayəndəsi Çingiz Əliyev təkliflərlə çıxış edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara  cavab verilib.

Keçidlər