Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

07 noyabr 2017 | 16:00

6 noyabr 2017-ci il tarixdə Hacıhətəmli kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminar keçirilib.
       Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, bələdiyyə üzvləri, kənd təsərrüfatı məhsullarının istehsalçıları və Hacıhətəmli kənd orta məktəbin kollektivindən ibarət 95 nəfər iştirak edib.
       Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək sığortanın cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi-rifah halının və sahibkarlıq riskinin zəmanətçisi kimi təsir göstərdiyini, gözlənilməz hadisələr zamanı əmlak mənafelərinin qorunmasında, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını və əhalinin sığortanın imkanlarından səmərəli istifadə etməsinin zəruriliyini bildirib.
       Tədbirdə iştirak edən  İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov sığorta qanunvericiliyindən, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışıb, sığortalanmanın mexanizmi və qaydaları haqqında geniş məlumat verib.
          Sonra İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.

Keçidlər