İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Gəraybəylidə qəbul keçirib
7 noyabr 2017-ci il tarixdə Gəraybəyli İƏD üzrə nümayəndəlikdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul keçirib. Nümayəndəliyin tərkibində olan Xəlilli, Eyyubbəyli və Gəraybəyli kəndlərinin sakinləri öz arzu və təkliflərini bildirmək üçün qəbula gəlmişdilər. Sosial məsələlərin uğurla həll olunduğu bu ərazidə şikayət xarakterli fikir eşidilmədi. Təklif olundu ki, yeni məktəb tikintisi barədə aid nazirlik qarşısında məsələ qaldırılsın, torpaqların qrunt sularından təmizlənməsi, klubun təmir olunması, Eyyubbəyli kəndində yeni transformator quraşdırılması ilə əlaqədar müvafiq təşkilatlara tapşırıqlar verilsin.
Gəraybəyli kənd sakini Məzahir Xəlilov bildirdi ki, taxıl istehsalını artırmağa, səpini vaxtında aparmağa çalışırlar. Gübrənin vaxtında verilməməsi işə mane olur. Xahiş edirəm, bu məsələdə ləngimə aradan qaldırılsın.
Qəbul zamanı qaldırılan hər bir məsələ ilə əlaqədar icraçı təşkilatlara müvafiq tapşırıqlar verilib, İcranın nəticələri ilə əlaqədar arayışlar təqdim olunması tapşırılıb.