Şriftin ölçüsü :

Saytın rəngi :

Xankəndində qəbul

11 iyun 2013 | 15:00

May ayının 30-da yağan leysan yağışlar selə çevrilib Xankəndinə və  Kürdüvana ziyan vurmuşdu. Daha çox  yollar sıradan çıxmışdı.  İmkan olan köməklik rayon İcra Hakimiyyəti tərəfindən  dərhal göstərilmişdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla Xankəndi İƏD-in əhatəsindəki kəndlərdən görüşə gələnlər bunun üçün təşəkkürlərini bildirdilər və bir sıra digər  problemlərdən danışdılar. Yollar hələ işlək  vəziyyətə düşməyib, kəndə qaz çəkilməyib, su xəttinin bir hissəsini sel aparıb, tibb məntəqəsi xüsusi evdə yerləşir. Xankəndinin yanından keçən  “Mücü”  çayı təhlükə törədir. Sahilbərkitmə işləri görülməlidir. Qulu İsmayılov torpağa, əkinə münasibətin yaxşı olmadığını dedi. Qalasan Mahmudov  zəbt etdiyi torpaqların öz istifadəsində qalmasını xahiş etdi.
Mirdaməd müəllim daha geniş tərkibdə təmsil olunan rayon təşkilatlarının rəhbərlərinə  qaldırılan məsələlərin həlli ilə bağlı ciddi tapşırıqlar verdi. Görüşün başlanğıcındakı giriş nitqindən,  verdiyi tapşırıqların  səviyyəsindən  və yekun sözlərindən  çox aydın göründü ki, RİH-nin başçısı Mirdaməd Sadıqov  hər bir yaşayış məntəqəsinin  problemləri ilə  dərindən tanışdır və aradan qaldırılması yollarını da yaxşı bilir.
Məmmədhüseyn Həşimov oğlunun xəstə olduğunu dedi və xahiş etdi ki, pensiyaya çıxmaqda və dərman alınmağında köməklik  göstərilsin. Xahişinə müsbət cavab alan əmək veteranı razılıq etdi.
Rayon mərkəzində geniş miqyasda işlərin getdiyini  deyən Mirdaməd müəllim  həm də Xankəndi, Kürdüvan  və Zeyvə kəndlərindən gəncləri işə dəvət etdi.

Keçidlər