Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” Tur-aksiya iştirakçıları yola salındı

16 noyabr 2017 | 16:00

 Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın səkkizinci mərhələsinə start verilib.

16 noyabr 2017-ci il tarixində  40 nəfər əlaçı şağirdin tur –aksiya çərçivəsində  Quba-Qusar – Xaçmaz rayonlarına yola salınması mərasimi keçirildi. Yola salma mərasimində RİH başçısının müavinləri, məsul işçiləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi,  RTŞ-nin müdiri, rayon bələdiyyəsinin sədri, şəhər İƏD üzrə nümayəndə, məktəb direktorları, valideyinlər, mədəniyyət  işçiləri və rayon ictimayətinin nümayəndələri  iştirak edib.  Yola salmadan əvvəl şagirdlər Ulu öndərin abidəsi önunə gül qoyub, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Şəhər 6 saylı tam orta məktəbin hazırladığı filyaşmob toplantı iştirakçılarına təqdim olunub. Məktəblilər böyük ruh yüksəkliyi ilə yola salınıb. Tur-aksiya iştirakçılarını rayon gənclər və idman idarəsinin, RTŞ-nin və İsmayıllı “Velosiped dostları" kulubunun  təşkil etdiyi geniş tərkibli velosipedçilər qrupu müşayət edib. 6 saylı tam orta məktəbin şagirdi Şəfəq Qasımova və valideyin Pərvanə Piriyeva Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, bu qayğıya cavab olaraq daha səmərəli fəaliyyət göstərəcəklərini deyiblər.

Keçidlər