Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib.

18 noyabr 2017 | 16:00

     Yeni Azərbaycan Partiyası İsmayıllı  rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri İsmayıllı rayonun  mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
     Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, YAP İdarə heyətinin üzvü Eldar İbrahimov,Millət vəkilləri Novruzəli Aslanov və Şəmsəddin Hacıyev, YAP-ın  zona kuratoru Həsən Daşdəmirov iştirak edib.
         Konfrans iştirakçıları partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş  şəhidlərimizin  ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyası İsmayıllı  rayon təşkilatının sədri Sevil Əhmədova  ötən dövr ərzində partiyanın gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
       Nəzarət-təftiş qurupunun  hesabatı  dinlənilib. Konfransda məruzə  ətrafında İsmayıllı Rayon İcra  Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov , rayon təşkilatının Qadınlar şurasının sədri Xuraman Qurbanova , İsmayıllı  Peşə tədris Mərkəzinin direktoru Zaur Muradov, YAP Gənclər birliyinin  sədr əvəzi Qönçə  Ağazadə, İvanovka ərazi təşkilatının sədri  Olqa Jabina çıxış ediblər.
         Konfransda  Eldar İbrahimov, Novruzəli Aslanov  və Şəmsəddin Hacıyev  çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, Ümummilli Lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən,  möhtərəm Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından danışıblar.
            Konfransda həmçinin, təşkilatı məsələlərə baxılıb. Təşkilatın 39 nəfərdən ibarət şurası, 21 nəfərdən  ibarət  idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.

Sevil Əhmədova YAP İsmayıllı  rayon təşkilatının sədri, Məhərrəm Əhmədov, Zaur Muradov və Taleh Salehov sədrin müavinləri seçiliblər.
       Gənc YAP-çılara üzvlük vəsiqələri, partiyanın yaradılmasında və sonrakı fəaliyyətində xidmətləri olan bir qrup YAP üzvünə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Keçidlər