Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici tədbir keçirilib

22 noyabr 2017 | 16:00

22 noyabr 2017-ci il tarixdə şəhər 5 saylı tam orta məktəbində məktəbin şagird kollektivi üçün  20 noyabr Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, İctimai-Səhiyyə və İslahatlar Mərkəzi və İsmayıllı Bilik Evinin birgə təşkilatçılığı ilə reallaşıb. İlk öncə məktəbin direktoru, Bilik Fondunun İsmayıllı rayonundakı nümayəndəsi Elçin Məmmədov tədbiri açaraq qonaqları salamlayıb və şagirdlər üçün belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Sonra İctimai-Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Tural Həbibov yol-nəqliyyat hadisələri zamanı baş verə bilən faciələr və respublika ərazisində statistik təhlilər barədə  geniş məruzə edib. Rayon İcra Hakimiyyətinin məsul işçisi Nəsimi Teymurov çıxış edərək tədbirin mahiyyətindən danışıb, belə bir tədbirin rayonumuzda keçirilməsinə  görə təşkilatçılara rayon rəhbərliyi adından  minnətdarlığını çatdırıb. Sonda film nümayiş olunub.

Keçidlər