Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Yanvar Bədəlov – 75 ( İsmayıllı rayonu, Mollaisaqlı kəndi)

24 noyabr 2017 | 16:00

Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun 75 illik yubileyinin keçirilməsi barədə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Sərəncama əsasən el sənətkarının 75 illiyi noyabr ayının 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Aşıqlar Birliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində qeyd olunacaq. Buna qədər yerlərdə yubiley tədbirləri təşkil olunur. 23 noyabr 2017-ci il tarixdə növbəti yubiley mərasimi Mollaisaqlı kənd məktəbində müəllimlərin, şagirdlərin, gənclərin və yaşlıların nümayəndələrinin iştirakı ilə keçirilib.
Filoloq, veteran jurnalist Valeh Salehov tədbiri açıb və Aşıq Yanvarı təbrik edib, kütləvi gəlişə görə iştirakçılara təşəkkürünü bildirib.
RİH aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov Aşığın həyat və yaradıcılığı barədə danışıb.
Veteran ziyalı Musa Sadıqov, coğrafiya müəllimi İldırım Məsimov, əmək veteranları Baba Babayev və Şirin Mürsəlov, məktəbin direktoru Fazil Muradov çıxış edərək, yubilyara təbriklər deyib, yeni yaradıcılıq uğurları arzulayıblar. Mollaisaqlı İƏD üzrə icra nümayəndəsi Həşim Həşimov Aşıq Yanvara təbriklər söyləyib, hədiyyə təqdim edib.
Yanvar Bədəlov öz  şeirlərindən iştirakçılara ərməğan edib, təşkilatçılara belə geniş miqyaslı tədbirlərə görə  təşəkkürünü bildirib, fəxri ada layiq görüldüyü üçün cənab Prezidentə minnətdarlıq edib.
Aşığın şeirlərindən şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş etdirilib    rəqslər ifa olunub. Şagirdlər aşığa gül dəstələri bağışlayıblar.

Keçidlər