Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vətənpərvərlik təbiyəsinə aid QHT tədbiri

25 noyabr 2017 | 16:00

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək”  adlı layihənin tədbiri rayon uşaq kitabxanasının  zalında keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Namiq Kərimov, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin  sədri Qüdrət Kazımov , Şəhər  6 saylı tam orta məktəbin hərbi müəllimi Əsgər Manafov,  Şəhər  3 və 5  saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Layihənin əsas məqsədi rayonda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması və onların layiqli vətəndaş kimi yetişdirilməsinə ictimai dəstəyin formalaşdırılması olub.

Keçidlər