Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıqla növbəti görüş Qalacıqda keçirilib

25 noyabr 2017 | 16:00

Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun bu il anadan olmasının 75 illiyi tamam olur. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq aşıqla yerlərdə görüşlər keçirilir. Tircan, Qubaxəlilli, Mollaisaqlıda keçirilən görüşlərin davamı olaraq noyabrın 24-də ustad sənətkarla Qalacıqda növbəti görüş keçirilib.
               Kənd sakinlərinin, gənclərin,müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri filoloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dövlət qulluğu veteranı Valeh Salehov aparıb. RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov aşığın həyat və yaradıcılığı barədə danışıb, ustad sənətkarı Şirvan aşıq məktəbinin ən layiqli davamçılarından olduğunu diqqətə çatdırıb.
              Kənd sakini, müəllim Nadir Balayev, İƏD üzrə nümayəndə Təbriz Eminov aşığı təbrik etdib, görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Məktəblilərin ifasında aşığın yaradıcılığından şer nümunələri söylənilib.
                Sonda yubiliyar görüşə toplaşanlara öz minnətdarlığını ifadə edib. Kənd icra nümayəndəsi və bələdiyyə tərəfindən aşığa mükafat təqdim olunub.
               Multikultural dəyərlər və tolerantlıq konteksində keçən tədbir xatirələrə köçü

Keçidlər