Şriftin ölçüsü :

Saytın rəngi :

“Hərəyə bir ağac əkək” devizi altında tədbirlər davam etdirilir.

01 dekabr 2017 | 16:00

İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Biomüxtəlifliyin inteqrasiyalı idarə edilməsi“ Proqramı çərçivəsində ağacəkmə tədbirlərini davam etdirir.
Həmin tədbirlərin davamı olaraq, 2017-ci ilin 01-22 noyabr tarixlərində İsmayıllı Dövlət Humanitar və Texnologiyalar kolleci, Lahıc, Əhən, Talıstan kənd bələdiyyələri ərazilərdə sürüşməyə meyilli yamacların və yarğan eroziyasına qarşı mühafizə məqsədilə yerli ağac növlərindən ibarət yaşıllıqlar salıb. Yamacbərkidici xüsusiyyətə malik əkilmiş meyvə ağacları sırasında əsasən qərzəkli bitkilər- qoz və fındıq tingləri üstünlük təşkil edib. Tədbirlərin aparılmasında Dövlət Humanitar və Texnologiyalar Kolleci tələbələrinin və yuxarıda adları çəkilən kəndlərin əhalisinin könüllüləri fəal iştirak edib.
Layihə tərəfindən Lahıc qəsəbəsində, Əhən, Talıstan və Qoydan kəndlərində aqrotexniki qaydalara uyğun ağac əkilib, ərazilərin ətrafı dəmir tor və tikanlı məftillərlə hasarlanıb. Mühafizə və qulluq işləri müvafiq bələdiyyələrə həvalə edilib.
Rayonun digər kəndlərində də bu kimi tədbirlərin icrası nəzərdə tutulub.

Keçidlər