Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ümummilli liderin anım günü ilə əlaqədar yürüş

05 dekabr 2017 | 16:00

5 dekabr 2017-ci il tarixdə dövlət qulluğun veteranı Valeh Salehovun, RİH-nin, rayon gənclər və idman idarəsinin və turizm informasiya  mərkəzinin əməkdaşları Bəhruz Xələfov, Elmi Məmmədli və Rəşid Əzizovun iştirakı, İsmayıllı rayon icra hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə yürüşü keçirilib.
Həmin gün ona görə seçilib ki, 1981-ci il noyabr ayının 30-da zəlzələ olmuş, Ulu öndər dekabr ayının 5-də İsmayıllı sakinlərinin harayına çatmışdır. Heydər Əliyev şəhərin əksər küçələrində olmuş, indiki Mübariz Orucov küçəsində yaşamış Qaraxanım Mahmudovanın məhləsində daha çox dayanmış, onunla və gəlini Pərişan Mahmudova ilə söhbət etmişdir. Pərişan xanım  indi ümummilli liderin tikdirdiyi evdə nəvələri ilə xoşbəxt həyatını davam etdirir.
Heydər Əliyev sonra Mican, Mücühəftaran və Ruşan kəndlərinə getmiş, əhalini öz gəlişi ilə qorxudan xilas etmişdir. Onun sayəsində İsmayıllıda yeni bir İsmayıllı tikilmiş, qurulmuş və inkişaf etmişdir. Yürüş də həmin istiqamətlər üzrə nəzərdə tutulmuşdur.
Yürüş iştirakçıları və onları yola salanlar ilk növbədə Mərkəzi meydana toplaşmış, ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Azərbaycan tarixinin Heydər Əliyev epoxasının birinci və ikinci mərhələsi: Respublikanın inkişafı, xilası və yüksəlişi” mövzusunda nitq söyləyib.
Valeh Salehov ümummilli lider Heydər Əliyevin İsmayıllıya 5 dekabr 1981-ci il səfəri və onun rayonu yüksəlişə aparan nəticələrindən danışıb.
Sonra yürüş iştirakçıları Mübariz Orucov küçəsində yaşayan Pərişan Mahmudova ilə görüşə gediblər. Valeh Salehov və Pərişan Mahmudova 5 dekabr 1981-ci il görüşündən və ümumiyyətlə Heydər Əliyevli Azərbaycan həyatından danışıblar. Bu günkü inkişafa görə cənab Prezidentə minnətdarlıq ediblər. Yürüş Micana, Mücühəftarana və Ruşana doğru davam edib.
Rayon mərkəzindən 18 kilometr məsafədə olan Ruşanda yürüş iştirakçılarını kənd sakinləri səmimiyyətlə qarşılayıblar.
Valeh Salehov ümummilli lider Heydər Əliyevin hamıya nümunə olan həyatından və fəaliyyətindən, xilaskarlıq missiyasından, İsmayıllının yüksəlişi üçün etdiklərindən, cənab Prezident İlham Əliyevin yaratdığı bugünkü Azərbaycandan, regionların sürətli inkişafından danışıb. Xatirə yürüşünə çıxanlar başlanğıc nöqtəsinə qayıdaraq tədbirlərini başa çatdırıblar.

Keçidlər