Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Zərnava kəndində 250 nəfər tibbi müayinədən keçirilmişdir

05 dekabr 2017 | 16:00

1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasından ibarətdir.
  Belə ki, 4 dekabr 2017 –ci il tarixində Könüllülər günü  ilə əlaqədar İsmayıllı rayonunun Zərnava kəndinin  əhalisi üçün  təmənnasız  tibbi müayinə  tədbiri təşkil olunmuşdur.  Tədbir  Qızıl Aypara Cəmiyyətinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ismayıllı rayon  mərkəzi xəstəxanası,  İran İslam  Respublikası Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda fəaliyyət göstərən  Klinikasının əməkdaşlığı ilə kecirilmişdir.
Ilk öncə tədbir iştirakçıları tərəfindən  bu gün  haqqında  əhaliyə məlumat verilmiş, sonra isə   10  nəfərdən ibarət həkim heyəti ilə  əhalinin tibbi müayinəsinə başlanmış və 250 nəfər tibbi müayinədən keçirilmişdir
Təşkilatçılar əməkdaşlığa görə Zərnava bələdiyyəsinə, Zərnava kənd tam  orta məktəbinin pedaqoji kollektivinə  ,həkimlərə və tədbirdə əməyi keçən bütün şəxslərə  təşəkkürünü bildiriblər.
Belə bir təmənnasız, humanitar aksiyaya görə sakinlər ölkə rəhbərinə minnətdarlıq edib, təşkilatlara və icraçılara təşəkkürlərini çatdırıblar.

Keçidlər