1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür
Peşə bayramı münasibətilə keçirilən tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Daha sonra tədbirdə prokurorluq orqanlarının keçdiyi şərəfli yolu və əməkdaşların məsuliyyətli fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbir zamanı xidməti fəaliyyətində fərqlənən prokurorluq əməkdaşları təltif ediliblər.
Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilib. Bu əlamətdar gün prokurorluq orqanlarının fəaliyyətinə göstərilən yüksək dövlət qayğısının və verilən dəyərin ifadəsidir.
Bu münasibətlə bütün prokurorluq əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, qanunun aliliyinin və dövlətçilik maraqlarının qorunması istiqamətində məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq.






