Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmli kəndində ümummilli lider anılıb

07 dekabr 2017 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə Hacıhətəmli kəndində “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsini keçirib. Hacıhətəmli tam orta məktəbinin akt zalında təşkil olunan tədbir ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuşdu.
“Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı, idarəetmə məktəbinin təsisçisi Mirdaməd Sadıqov mövzuya aid məruzə edib. İştirakçıların diqqətinə onu da çatdırıb ki, ümummilli liderimizin müəyyən etdiyi inkişaf yolları, siyasi-ideoloji-iqtisadi konsepsiyaları öyrənilməli,  bu günümüz və gələcəyimiz naminə ən yüksək səviyyədə icra olunmalıdır.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsində hacıhətəmlilərlə yanaşı Qalagah və Mollaisaqlı icra nümayəndəliklərindən də nümayəndələr  iştirak edirdi. İştirakçıların bir neçə nəfəri mövzu ətrafında çıxış edib.  Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
Dövlət qulluğu veteranı, ictimai fəal Valeh Salehov  Heydər Əliyevin İsmayıllı üçün etdiklərini anım günü ərəfəsində bir daha xatirələrdə canlandırıb, gənclərin diqqətinə çatdırıb.

Keçidlər