“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Təzəkənd kəndində keçirilib
İsmayıllı rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə Təzəkənd kəndində “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsini keçirib. Təzəkənd kənd tam orta məktəbinin akt zalında təşkil olunan tədbir ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunub.
“Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
Heydər Əliyev İdarəetmə məktəbində Təzəkənd kənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov məruzə ilə çıxış edib.
Diyallı, Talıstan, Cülyan və Qoşakənd Ərazi İcra Nümayəndəliklərindən də iştirakçılar olub. İştirakçıların bir neçə nəfəri mövzu ətrafında çıxış ediblər.
RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov Heydər Əliyevin ideyalarının yaşayacağını diqqətə çatdırıb.
Məktəbin şagirdləri ulu öndərin ruhuna layıq şeirlər söyləyiblər.