Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım günü Lahıc qəsəbəsində qeyd edilib

11 dekabr 2017 | 16:00

11 dekabr 2017-ci il tarixdə Lahıc qəsəbəsində  İƏD üzrə nümayəndəliyin  təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir . Tədbirdə Lahıc qəsəbəsində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə ziyalıları və ağsaqqallar iştirak etmişdir.
      Tədbirdə bir dəqiqəlik sükutla Ulu öndərin xatirəsi yad edilmiş, ruhu böyük hörmətlə anılmışdır. Daha sonra ümummilli liderin həyat və fəliyyətindən bəhs edən, önəmli görüşlərindən, vətənimizə və xalqımıza olan sevgisindən bəhs edən çıxışlarından hazırlanmış film iştirakçılara təqdim edilmişdir.
    Tədbirdə RİH başçısının Lahıc qəsəbə İƏD üzrə  nümayəndəsi Fikrət Haqverdiyev, bələdiyyə sədri Rövşən Əliyev, qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İskəndərov, tam orta məktəbin direktoru Hikmət Haqverdili, Azərbaycan dili və ədəbiyyatı müəllimi Dadaş Əliyev və başqaları çıxış etmişlər.
  Tədbirdə Ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonuna olan səfərlərindən, onunla görüşlərdən,  inkişafda olan İsmayıllıya verdiyi gözəl töhfələrindən, göstərdiyi diqqət və qayğıdan danışılıb.

Keçidlər