Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı məktəbdə anım tədbiri keçirilib

12 dekabr 2017 | 16:00

12 dekabr 2017-ci il tarixdə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq ” Dəyirmi masa” keçirilib.
       Tədbiri giriş sözü ilə məktəbin direktoru Gündüz Qədirov açıb. Daha sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli liderə həsr olunmuş filmə baxıldıqdan sonra mövzu ətrafında məktəbin tarix müəllimi Təranə Məmmədova və digər çıxışçılar Heydər Əliyevin  fenomen bir şəxsiyyət, dövlətin mənafeyini hər şeydən öndə tutan siyasətçi olduğunu qeyd ediblər. Tədbirdə çıxış  edən İsmayıllı RTŞ-nın metodisti Rəşid Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin həyatı  və siyasi fəaliyyəti  Azərbaycan insanının dövlətçilik düşüncəsinin əsasını  təşkil edən milli, mənəvi, mədəni, ədəbi, tarixi, siyasi, iqtisadi dəyərlər sisteminin ümumiləşdirilmiş məcmusudur.
       Tədbirin sonunda  şagirdlərin çıxışları,ümummilli liderə  həsr  olunmuş şerləri dinlənilib.

Keçidlər