1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramıdır
01 noyabr 2026 | 12:09
Hər il noyabrın 1-də ölkəmizdə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramının qeyd olunması dövlətimizin başçısının bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu, eyni zamanda, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı, aqrar sektorun gücləndirilməsi və bu sahənin potensialının artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin əyani təzahürüdür.
Ölkəmizin iqtisadi inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən bütün kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, bol məhsul və fəaliyyətlərində yeni uğurlar arzulayırıq!






