“Azsaylı xalqların folkloru” kitabının təqdimatı keçirilib.
İsmayıllı tolerantlığı və multikultural dəyərləri ilə fərqlənən tarixi məkandır. Bu ərazilərdə hələ çox qədimlərdən milli və dini dəyərləri ilə seçilən xalqlar məskunlaşmışdır. Hazırda İsmayıllıda 8-ə yaxın azsaylı xalqların və etnik qrupların nümayəndəsi yaşayır. Lahıc, ləzgi, hapıt, rus, kürd və.s, xalqların nümayəndələri üçün İsmayıllı tarixi vətəndir.
AMEA Folklor İnstitutunun “Azsaylı xalqların folkloru” seriyasından İsmayıllıda yaşayan azsaylı xalqların şifahi mədəni irsini əks etdirən nəşri işıq üzü görüb. Akademik Muxtar İmanovun rəhbərliyi, tərtibçilər filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin və institun doktorantı Dadaş Əliyevin müəllifliyi ilə nəşr olunmuş kitabın İsmayıllıda təqdimat mərsami keçirilib.
Rayon uşaq kitabxanasında Folklor İnstitutu əməkdaşlarının, rayon ictimaiyyətinin, ziyalı və müəllimlərin, “Dağ çiçəkləri” ədəbi məclis üzvlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb. İslam Həmrəyliyi İlində belə bir tədbirin keçirilməsinin milli mədəni müxtəlifliyin gerçəkliyinin bariz nümunəsi olduğunu, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsinə dəyərli töhfə olduğunu diqqətə çatdırıb. Bu sahədə ölkə Prezidentinin apardığı uğurlu siyasətdən danışıb.
Sonra film nümayiş etdirilib, sərgiyə baxılıb.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun, kitabın tərtibçiləri Atəş Əhmədlinin, Dadaş Əliyevin, İnstitutun əməkdaşı Elxan Məmmədli, əməkdar müəllim Cəfər Bağırovun,Mollaisaqlıdan İldırım Məsimovun, Qalacıq kəndindən Bəxtiyar Kərimovun, İvanovka kənd İcra nümayəndəsinin müavini Olqa Radayevanın çıxışları maraqla qarşılanıb.
Sonda Lahıc və İvanovka folklor qruplarının çıxışları dinlənilib. İştirakçılara yeni nəşr paylanılıb.