Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Hərəyə bir ağac əkək” kampaniyası uğurla davam edir.

19 dekabr 2017 | 16:00

19 dekabr  2017-ci il  tarixdə    Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı İsmayıllı Meşə Mühafizəsi və Bərpası müəssisəsi (MMBM)  ilə  birgə İDEA İctimai Birliyinin yaşıllaşdırma hərəkatının davamı olaraq partiyanın yaranmasının 25 illiyi ilə əlaqədar "Hərəyə bir ağac əkək" kampaniyası  çərçivəsində Qalınçaq meşəbəyliyinin  Qalınçaq kəndi ərazisində  3 ha sahədə 3100 ədəd findıq tingi əkilib. Yeni əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib.
  Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada partiyanın rayon təşkilatının üzvləri, həmçinin rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi, gənclər, Qalınçaq  kəndinin sakinləri  yaxından iştirak ediblər.
Yeni Azərbaycan  Partiyası  İsmayılıı  rayon  təşkilatı  ağacəkmə kampaniyası  dövründə  tədbirlər  planına  müvafiq  olaraq,  mərhələli şəkildə  partiya  üzvlərinin  sayına  uyğun   ağac əkməyi planlaşdırıb.

Keçidlər