Rayon Gənclər və İdman İdarəsi 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirib.
İsmayıllıda dövlət gənclər və idman siyasəti uğurla həyata keçirilir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması,düzgün həyat tərzi seçməsi,asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin yüksəldilməsi, idmanın müxtəlif növləri ilə məşğul olmaları istiqamətində əsaslı işlər görülür, tədbirlər icra olunur.
27 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən tədbir hesabat xarakteri daşımaqla ilin idman yekunlarına həsr olunmuşdu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
RGİİ-nin rəis müavini Rauf Rəcəbov yığıncağı açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. 2017-ci ildə İsmayıllı idmançılarının rayon,respublika və beynəlxalq əhəmiyyətli yarışlarda əldə olunan nailiyyətlər,qazanılan uğurlar barədə məlumat verib.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov dövlət gənclər siyasəti, ölkə Prezidenti cənab İlham Əliyevin idmana və bu sahədə nailiyyətləri olan idmançılara diqqət və qayğısı barədə danışıb, müstəqil Azərbaycanı idman ölkəsinə çevirdiyini diqqətə çatdırıb. Rayonda idmanın inkişafından,qazanılan nailiyyətlərdən söz açıb,yeni ildə idmançılara uğurlar arzulayıb, idmançılarımızın rayona daha çox medallar gətirəcəklərinə əminliyini ifadə edib.
Məşqçi müəllimlərdən Tərlan Vahabov, Bayram Qəhrəmanov, Nurlan Salamzadə, 6 qat dünya çempionu Kamil Qafarov və başqaları çıxış edərək nailiyyətlərdən söz açıb, uğuru olan idmançıları təbrik ediblər.
Yekunda çempionatlarda fərqlənib yer tutan idmançılar RGİİ-nin diplomları ilə təltif olunub, qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
İdmançılarla xatirə şəkilləri çəkdirilib.