Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik və məktəbəqədər yaşlı uşaqlar bayram şənliyində

28 dekabr 2017 | 16:00

28 Dekabr 2017- ci il tarixdə   İsmayıllı Rayon Təhsil şöbəsinin   təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Gənclər Mərkəzində azyaşlı məktəblilər və bağça yaşlı uşaqlar   üçün  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  ədəbi-bədii tədbir keçirilib.
Bayram əhval-ruhiyyəli,  xüsusi tərtibatla bəzədilmiş  zala 300  nəfərdən çox bağça və məktəb yaşlı uşaq cəlb edilmişdi.
      Musiqili-əyləncəli proqramla başlayan  tədbirdə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, RTŞ-nin müdir müavini Rahim Baxışov, RGİİ-nin rəis müavini Rauf Rəcəbov, UADM-in direktoru Lətifə Əliyeva,  valideynlər, müəllim və tərbiyəçilər də iştirak ediblər. RİH başçısı Mirdaməd Sadıqovun adından iştirakçıları təbrik edən Sevil Əhmədova gələcəyin təminatçısı olan uşaqlara  sağlam, xoşbəxt böyüməyi, vətənin layiqli övladları olmağı arzulayıb.
           Çıxış edən  ATİAHİ rayon komitəsinin  sədri Hafiz Kərimov  uşaqlara xoş arzularını çatdırıb, onları təbrik edib.
Uşaq bağçalarının və kiçik yaşlı məktəblillərin hazırladığı yüksək səviyyəli  bədii proqram nümayiş etdirilib.
Daha sonra isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilib.

 

Keçidlər