Şriftin ölçüsü :

Saytın rəngi :

Qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib.

28 dekabr 2017 | 16:00

28 dekabr 2017-ci ıl tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Mədəniyyət Mərkəzində bayram şənliyi keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailə Dəstək Mərkəzi və “Hüquq Dünyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 60 nəfərə qədər fiziki qüsurlu uşaq valideyinləri ilə birgə iştirak edib. Şəhər 2 saylı uşaq bağçası  körpələrinin rəqsləri, Uşaq incəsənət məktəbi şagirdlərinin çıxışları tədbirə bədii zənginlik gətirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Uşaq və Ailə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və “Hüquq Dünyası” İctimai Birliyinin sədri İlham Quliyev  bayram iştirakçılarını təbrik etdərək, əlilliyi olan insanların dövlətimizin, onun  Prezidentinin qayğısı əhatəsində olduğunu bildiriblər.
Tədbirdə iştirak edən  uşaqların hamısına RİH-nin bayram hədiyyələri verilib.

Keçidlər