Heydər Əliyev Mərkəzində “Nümayəndə günü” keçirilib
05 yanvar 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra İƏD üzrə nümayəndələrin və müavinlərin fəaliyyətlərini təhlil edərək işlərində daha fəal olmağı tapşırıb.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar Rüstəm Səmədov cıxış edərək İƏD üzrə nümayəndəliklərin 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqlarının hazırlanıb keçirilməsi barədə geniş danışaraq, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2017-ci il tarixli, 174 nömrəli Sərəncamı ilə təsdiq edilmiş hesabat yığıncaqlarının keçirilmə qrafiki ilə nümayəndələri tanış edib.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar İƏD üzrə nümayəndəliklərdə 2018-ci il üçün təsərrüfatbaşına uçot kitablarının təlimatın tələblərinə uyğun işlənilməsi barədə danışaraq foto-slayt vasitəsi ilə geniş izahat verib. Təsərrüfatların hər birini gəzərək düzgün qeydə alınmalarını və 30 yanvar 2018-ci il tarixədək təsərrüfatbaşına uçot kitablarının işlənilərək hazırlanması nümayəndələrin müavinlərinə tapşırılıb.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallara cavablar verilib.