20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
İsmayıllı rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 28-ci ildönümünə aid tədbirlər planına uyğun olaraq 16 yanvar 2018-ci il tarixində Uşaq Gənclər İnkişaf Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi, Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru və ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Müsabiqə öncəsi Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramiz Balağlanov çıxış edərək 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib və faciənin xalqımızın milli-müstəqllik uğrunda qəhrəmanlıq nümunəsi kimi təqdim edib.
Sonra ümumtəhsil məktəblərin şagirdlərinin 20 Yanvara həsr olunmuş bədii kompazisiya nümayiş etdiriblər.
Sonda münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerə layiq görülən işlər müəyyənləşdirilərək mükafatlandırılması üçün təşkilat komissiyasına təqdim edilib.