Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsmayıllıda vətəndaşları qəbul edib

18 yanvar 2018 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 18-də İsmayıllıda dörd rayondan - İsmayıllı, Şamaxı, Ağsu və Qobustandan olan vətəndaşları qəbul edib.

General-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbuldan öncə İsmayıllının mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaş müraciətləri əsasən mülki və hərbi xidmətə qəbul, ümumi hərbi xidmətə göndərilməyə və təkrar tibbi müayinəyə cəlb olunmağa kömək göstərilməsi, gələcək xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Bir sıra müraciətlərlə əlaqədar qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara hərtərəfli izah edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

 

Keçidlər