İsmayıllı rayonun İƏD üzrə nümayəndəliklərində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilir.
18 yanvar 2018 | 16:00
RİH başçısının İƏD üzrə nümayəndəliklərinin tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Sumağallı, Hacıhətəmli və Zərnava kənd İƏD üzrə nümayəndəliklərdə 18 yanvar 2018-ci il tarixdə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, dəyirmi masalar keçirilib və nümayəndəliklərin ərazisində olan şəhid məzarları ziyarət edilərək şəhidlərimizin ruhuna dualar oxunub.
İƏD üzrə nümayəndəliklərdə “20 yanvar Qan yaddaşımızdır” mövzusunda tədbirlər davam edəcəkdir.