Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinə aksiyası keçirilib

18 yanvar 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi  və “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi    yanvarın 18-də  İsmayıllı rayonunda tibbi müayinə aksiyası keçirib.
   Aksiya çərçivəsində “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin Göz klinikasının təcrübəli həkimləri İsmayıllı rayonunda olmuş, sağlamlıq imkanları məhdud, habelə valideyn himayəsindən məhrum və imkansız ailələrin uşaqlarının gözlərini müayinə ediblər. Müayinələr səyyar göz kabinetində - Klinikaya məxsus müasir avadanlıqlarla təchiz olunmuş ambulansda aparılıb. Həkim, tibb elmləri namizədi Rəşad Əzizov tərəfindən hər bir uşaq diqqətlə, müayinə edilib və lazımi müalicə məsləhət görülüb.
   Mərkəzin işçiləri müayinəyə gələn uşaq və valideynlərlə sağlam həyat tərzi, düzgün qidalanma barədə, “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai birliyinin əməkdaşı İlham Quliyev isə hüquqi mövzuda söhbətlər aparıb, valideynlərin sosial yardım, pensiya və müavinətlərin hesabalnması ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.

 

Keçidlər