Şriftin ölçüsü :

Saytın rəngi :

“18 sentyabr -Milli Musiqi Günü” nə həsr olunmuş “ Dahi bəstəkar Üzeyir Hacıbəyli- 141” adlı tədbir keçirilib.

18 sentyabr 2026 | 17:40

Sentyabrın 17-də İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov , Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Nilufər Mursaliyeva, MİHİ İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva , mədəniyyət müəssisələrinin direktorları  və musiqisevərlər iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Üzeyir Hacıbəylinin anadan olmasının 141 illiyinə həsr olunmuş “ Dahi bəstəkar Üzeyir Hacıbəyli- 141” adlı rəsm və kitab sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən  İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov  Milli Musiqi Günü münasibətilə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında, zənginləşməsində və beynəlxalq səviyyədə tanıdılmasında və qorunmasında iştirak edən hər kəsi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətlərinin olduğunu ,onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını qeyd edib.

Daha sonra çıxış üçün söz  Niyal İnstrumental ansamblının bədii rəhbəri Nizami Babayevə verilib. O,  qeyd edib ki, Azərbaycan musiqisinin banisi sayılan Üzeyir Hacıbəyli təkcə milli musiqi irsimizə deyil, ümumilikdə dünya musiqi tarixində özünəməxsus iz qoymuş dahi bəstəkar, publisist, pedaqoq və ictimai xadimdir. Onun yaratdığı “Leyli və Məcnun” operası Şərqdə ilk opera kimi tarixə düşmüş, Azərbaycan musiqisinin peşəkar əsaslarının formalaşmasında dönüş nöqtəsinə çevrilmişdir.

Tədbir İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Niyal İnsturumental ansamblının hazırladığı rəngarəng rəqs və musiqi nömrələri ilə davam edib.

Keçidlər