lahıc qəsəbəsində 400 yerlik məktəb binasının təməlqoyma mərasimi olub
23 yanvar 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 oktyabr 2018-ci il tarixli Lahıc qəsəbəsinin qazlaşdırılması, Dəmirçi-Lahıc yolunun cəkilişi və 400 yerlik məktəb binasının tikilməsi ilə bağlı sərəncamlarının icrasına başlanılıb. Lahıc qəsəbəsinin qazlaşdırılması və Dəmirçi-Lahıc yolunun cəkilişi ilə əlaqədar xeyli iş görülüb.
22 yanvar 2018-ci il tarixdə isə lahıc qəsəbəsində tikiləcək 400 yerlik məktəb binasının təməlqoyma mərasimi olub. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, məktəbin direktoru Hikmət Haqverdili və qəsəbə sakinləri iştirak edib.