“İslam Həmrəyliyi” adlı sənədli filminin nümayişi keçirilib.
31 yanvar 2018-ci il tarixində “EL-1 İdman kulubu” İctimai Birliyinin istehsalı olan “İslam Həmrəyliyi” adlı sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himininin səslənməsi ilə açıq elan edilib.
Film Azərbaycanda keçirilən İslam oyunlarına həsr olunub. Filmin nümayişindən sonra RİH başçısının müavini Sevil Əhmədova çıxış edərək tədbirlə əlaqədar gəlmiş qonaqları salamlayıb. Tədbirdə “EL-1 İdman kulubu” İctimai Birliyinin sədri Elçin Çobanzadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, İslam Oyunları Tədbirlər Komitəsinin baş direktoru Elçin Səfərov, Azərbaycan müəlliflər Birliyinin sədri İsmayıl Məmmədkərimov çıxış edərək İslam həmrəyliyi oyunlarından danışmış və keçirilən tədbirin əhəmiyyətini vurğulamışlar.