Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gəncləri Günü İsmayıllıda təntənə ilə qeyd olunub

01 fevral 2018 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ardıcıl dəstəyi ilə İsmayıllı Gənclər və İdman idarəsi dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurları artırır. 2015-ci il üçün İsmayıllının Azərbaycanın Gənclər Paytaxtı seçilməsi təcrübəsinə əsaslanan idarə gənclərin sosial şəbəkələrdən istifadə bacarığını artırır, bir sıra layihələrin hazırlanması və icrasında gənclərin iştirakı daha geniş miqyas alır.
“2015-2025-ci illərdə Azərbaycan Gənclərinin inkişafı strategiyası” Dövlət Proqramına uyğun olaraq formaca müxtəlif, məzmunca zəngin tədbirlər, rəsm, inşa, yazı, mahnı, musiqi və şeir ifaçılığı müsabiqələri keçirilir. 2017-ci ildə “Əlaçı şagirdlərin birinci rayon forumu” keçirilib. “Breyn-ring” və “Xəmsə” intellektual bilik yarışlarında İsmayıllı gənclərinin iştirakı daha intensiv xarakter alıb.
Bu dövlət gənclər siyasətinin həyata keçirilməsində bu və digər nailiyyətlərdən       2 fevral – Azərbaycan gəncləri günündə ətraflı bəhs edilib.
İştirakçıların bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bayram tədbiri “Qala” şadlıq sarayında davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları Azərbaycan gəncləri günü münasibətilə təbrik edib. Bildirib ki, bu bayramıda Azərbaycan gəncliyinə ümummilli liderimiz Heydər Əliyev bəxş edib. O böyük qüvvə kimi gördüyü gənclərin təşkilatlanmasını, müvəffəqiyyətlərin əsasında və davamında onların gücünə əsaslanması ikinci hakimiyyəti dövründə daha əhatəli və geniş miqyaslı olmuşdur. Yaxşı haldır ki, İsmayıllı gəncləri ümummilli liderin siyasətinə sədaqət göstərərək sosial-iqtisadi, intellektual inkişafda, təhsildə diqqətəlayiq uğurlara çatırlar.
YAP İsmayıllı Rayon Təşkilatının sədri Sevil Əhmədova tədbir iştirakçılarının timsalında bütün rayon gənclərini təbrik edib, dövlət gənclər siyasətinin həyata keçirilməsində rayon gənclər və idman idarəsi ilə YAP rayon təşkilatı gənclər birliyinin   qarşılıqlı, işgüzar fəaliyyətindən danışıb.
Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov gəncləri təbrik edib. İsmayıllıda formalaşmış coşqun gənclik həyatından, gənclərin fasiləsiz təhsildə, vətənpərvərlik tərbiyəsində, sosial-iqtisadi inkişafda, informasiya texnologiyalarından istifadədə  əldə etdiyi nailiyyətlərdən danışıb.
Çoxsaylı bayram təbrikləri səslənib, mahnı və rəqslər ifa olunub, viktorinalar, müsabiqələr keçirilib. Qaliblər mükafatlandırılıb. Bayram şənliyi gənclərin istəyi və iştirakı ilə bir neçə saat davam edib.

Keçidlər