İsmayıllı Peşə Tədris Mərkəzində arıçılıqla bağlı təlim keçirilib.
02 fevral 2018-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Nümayəndəliyinin “Böyük Qafqaz Landşaftında torpaq və meşələrin davamlı idarəolunması” layihəsi əsasında İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə geniş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Tərlan Əskərov, Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət agentliyinin nümayəndəsi İxtiyar Abdullayev, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Daşkəsən, Gədəbəy rayonlarının Peşə Tədris Mərkəzlərinin direktorları, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının 100 nəfər arıçısı iştirak ediblər.
Təlim zamanı İsmayıllı Peşə Tədris Mərkəzində yeni açılmış arıçılıq ixtisası üzrə kurikulum və yeni tədris vəsaitlərinin hazırlanması ilə bağlı təlimat olub. Tədbirdə Uludağ Universiteti Baytarlıq Fakultəsinin elmi katibi Levent Aydın təqdimatla çıxış edib. Təqdimatda arı xəstəlikləri, arıçılıq məhsulları və arıçılıq sahəsində yeni məlumatlara yer verilib. Tədbir zamanı ətraf rayonlardan olan arıçıları narahat edən məsələlər barədə də fikir mübadiləsi aparılıb.