RİH başçısı İsmayıllı şəhər sakinləri ilə görüş keçirib.
02 fevral 2018 | 16:00
02 fevral 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı şəhər H.Zərdabi küçəsində yerləşən “Mərasim evi”ndə H.Zərdabi, M.Müşfiq və Molla Pənah Vaqif küçələrində yaşayan vətəndaşlarla səyyar görüş-qəbul keçirib.
Görüş-qəbulda RİH başçısı ölkədə və rayonda görülən və görüləcək işlər, aparılan abadlıq və quruculuq işləri barədə iştirakçılara ətraflı məlumat verib, sonra onların müraciətlərini dinləyib.
RİH başçısı vətəndaşları narahat edən sosial problemlərin həlli ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.