Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində xarici qonaqlar qəbul olunub

07 fevral 2018 | 16:00

07 fevral 2018-ci il tarixdə “Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini  Egle Radisauskine, İsveç Dövlət Məşğulluq Xidmətinin rəhbəri (Arbetsförmedlingen)  Eva Vestlund, Avstriya Federal Əmək, Sosial Məsələlər və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin əməkdaşı Maunela Harqassner-Delpos,  layihə üzrə daimi Tvinninq Müşaviri Audra Mikalauskaite, Azərbaycan Respublikası ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Elnarə Ənsari ƏƏSMN-nin yanında DMX-nin rəis müavini Səbuhi Hüseynov İsmayıllı rayonuna səfər ediblər.
Səfər proqramında nəzərdə tutulduğu kimi qonaqlar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər.
Sonra qonaqlar özünüməşğulluq proqramının iştirakçıları ilə tanışlıq, İsmayıllı rayonu Keyvəndi kəndinə səfər, özünüməşğulluq proqramının dəstəyi ilə Cümşüd Ağayevin qoyunçuluq biznesi ideyası üzrə ev təsərrüfatına baxış keçiriblər.

Keçidlər