Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları İsmayıllıda olublar

16 fevral 2018 | 16:00

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-əmanlıq şəraitində yaşamışlar. Tarixlər boyu ölkəmiz multikultural məkan olaraq fərqlənmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdu. 2017-ci il “İslam həmrəyliyi ili” kimi başa vurduq.
İsmayıllı da Respublikamızda çox konfesiyalı bölgələrdən biridir. Hər il beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçıları Respublikamızda səfərdə olarkən rayonumuzda da olmağa üstünlük verirlər.
Fevralın 15-də daha belə bir səfər baş tutub. Qış məktəbinin iştirakçıları Şamaxıdan sonra İsmayıllıya səfər ediblər. Onlar rayonumuzla yaxından tanış olmaqla yanaşı, İvanovka kəndində yaşayan molokanlarla görüş keçiriblər. Onların adət-ənənləri, yaşam tərzləri ilə yaxından tanış olublar. İvanovka folklor qrupunun çıxışları 14-dən çox ölkəni əhatə edən qonaqların daha çox xoşuna gəlib. Yaponiya, Ukrayna, Rusiya, İndoneziya, İngiltərə, Estoniya, Polşa, Norveç, Əfqanıstan, Almaniya, Bolqarıstan, Portuqaliya, Montenerqo, Avstrya, Gürcüstan, Belorusdan və s. ölkələrdən olan qonaqlar İvanovka kənd tam orta məktəbində də şagird və müəllimlərlə də görüşüblər. İvanovkada yaradılmış həyat şəraiti qonaqların marağına səbəb olub. Ölkə rəhbərinin dəfələrlə İvanovkaya səfəri barədə qonaqlara məlumat verilib.

Keçidlər