"Sağlam qidalanma "mövzusunda tədbir keçirilib.
İsmayıllı şəhər 5 saylı tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sağlam qidalanma "mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov açaraq hər zaman sağlam qidalanmanın vacibliyini qeyd edib. Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin həkimi Lətafət Dadaşovanın məruzəsi dinlənilib və təqdimatı izlənilib. Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov da tədbirin xeyrindən danışıb və tez -tez keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra tədbirdə iştirak edən "İsmayıllı xəbərləri" qəzetinin redaktoru Şahməmməd Dağlaroğlu, müəllim və valideynlər də tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Tədbirdə iştirakçılara maarifləndirici bukletlər paylanıb, şagirdlərin sualları cavablandırılıb.